Time Media PR

Haqqımızda

Haqqımızda

Time Media PR 2014-ci ildə reklam və kommunikasiya sektoruna qədəm qoyaraq, yaradıcı vizyonu və müştəriyönümlü xidmət anlayışı ilə qısa zamanda öz mövqeyini möhkəmləndirmişdir. Fəaliyyətimizin ilk illərindən etibarən, dünya səviyyəsində tanınmış brendlər və Azərbaycanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıqlar quraraq, sektorda etibarlı bir tərəfdaş olduğumuzu sübut etmişik. İşimizdə keyfiyyət, sürət və effektiv kommunikasiya strategiyalarını əsas tutaraq, markaların görünürlüğünü artırmağı və onların hədəf kütlələrinə asanlıqla çatmasını təmin etməyi qarşıya məqsəd qoymuşuq.

Fəaliyyətimizin başlanğıcında xüsusilə xarici məkan reklamçılığı sahəsində ixtisaslaşan Time Media PR, bu günə qədər 100-dən çox yerli və beynəlxalq şirkətlə uğurlu layihələr həyata keçirmiş və bu sahədə öz təcrübəsini genişləndirmişdir. 2020-ci ildən etibarən xidmət sahələrimizi daha da genişləndirərək şəhər içi reklamlardan əlavə, hava limanları və Asan Xidmət kimi strateji ərazilərdə bilbord və LED ekran reklamları təqdim etməyə başladıq. Bu addım bizi regionda ən əhatəli reklam agentliklərindən birinə çevirdi.

Xidmətlərimiz yalnız reklamla məhdudlaşmır. Şirkətimiz daxilində fəaliyyət göstərən müasir çap mətbəəmiz, müştərilərimizə yüksək keyfiyyətli, sürətli və etibarlı çap həlləri təqdim edərək reklam proseslərinin hər mərhələsini öz daxilimizdə tamamlamamıza imkan yaradır. Çap keyfiyyətində mükəmməlliyə olan bağlılığımız, müştərilərimizin gözləntilərini aşmağa şərait yaradır.

2024-cü ildən etibarən, sektorda fəaliyyət sahələrimizi daha geniş bir çərçivəyə daşıdıq. Artıq TV, radio, rəqəmsal marketinq, bilbord reklamçılığı və digər bütün kommunikasiya vasitələrini əhatə edən kompleks reklam və marketinq xidmətləri təqdim edirik. Azərbaycanın hüdudlarını aşaraq Türkiyədə də güclü bir mövqe qazanmış Time Media PR, xarici fasad reklamlarından rəqəmsal kampaniyalara, televiziya reklamlarından radio yayımlarına qədər geniş xidmət çeşidi ilə müştərilərinin ehtiyaclarını qarşılayır.

Vizyonumuz

Gələcəyin Kommunikasiyasında Liderlik

Time Media PR, müştəri məmnuniyyətini əsas tutaraq, markalara dəyər qatmağı və onların hədəf kütlələri ilə güclü əlaqələr qurmasını təmin etməyi hədəfləyir. Sektorda liderliyimizi gücləndirmək üçün, yenilikçi texnologiyalara sərmayə yatırır və yaradıcı, orijinal kommunikasiya həlləri hazırlayırıq. Vizyonumuz, yalnız regional səviyyədə deyil, həm də qlobal miqyasda üstünlük verilən bir reklam agentliyi olmaqdır.

Məqsədimiz

Rəqəmsal transformasiya dövründə markaların ehtiyac duyduğu bütün reklam və kommunikasiya həllərini bir çatı altında təqdim edərək, müştəri uğurunu artırmaqdır. Effektiv media planlaması, strateji məzmun istehsalı və uğurlu kampaniya idarəçiliyi sahəsində peşəkar komandamızla, markaların vizyonlarına çatmalarında ən böyük dəstəkçiləri olmağa davam edirik.

Niyə Time Media PR?

  • Əhatəli Xidmət Çeşidi: TV, radio, rəqəmsal marketinq, xarici məkan reklamları, çap xidmətləri və daha çoxu.
  • Yenilikçi Həllər: Ən yeni texnologiyalardan istifadə edərək yaradıcı və unikal kampaniyalar hazırlayırıq.
  • Beynəlxalq Təcrübə: Azərbaycandan Türkiyəyə qədər qlobal səviyyədə reklam və marketinq xidmətləri təqdim edirik.
  • Peşəkar Komanda: Sahəsində ixtisaslaşmış və yaradıcı bir komanda ilə həmişə ən effektiv həlləri təmin edirik.
  • Keyfiyyət və Etibarlılıq: Bütün proseslərdə yüksək keyfiyyət və vaxtında çatdırılma ilə müştərilərimizin gözləntilərini aşmağı hədəfləyirik.
 
Time Media PR, həm markaların, həm də iş ortaqlarının inkişaf hədəflərinə çatmasını təmin etmək üçün işləməyə və inkişaf etməyə davam edəcəkdir. Yenilikçi həllərimizlə, reklam və marketinq dünyasında fərq yaratmağa qərarlıyıq.
 
Gələcəyi birlikdə qurmaq üçün Time Media PR hər zaman yanınızdadır

Ali Kan bey- Direktor

Şəhər İçi Reklam Xidmətləri

Təcrübə və Etibarlılıq

 2014-cü ildən bəri fəaliyyət göstərərək, reklamlama sahəsində yüksək səviyyəli təcrübə və güclü tərəfdaşlıq münasibətləri yaratmışıq. Müştərilərimizə daim etibarlı xidmət göstəririk.

Geniş Xidmət Spektri

Billboardlar, LED ekranlar, televiziya və radio reklamları, mətbuat bülletenləri və mətbuat konfransları kimi geniş reklam həlləri ilə müştərilərimizin bütün ehtiyaclarını qarşılaya bilirik

Texnologiya və İnnovasiya

Yenilənən texnologiyalardan istifadə edərək müasir və təsirli reklam strategiyaları təklif edirik. Bu da müştərilərimizin brendlərini daha geniş auditoriyaya tanıtmağa kömək edir.

Məkan

0 +

Məkan

İllik

0 +

İllik təcrübə

Əməkdaş

0 +

Əməkdaş şirkət

Müştəri

0 +

Məmnun müştəri